Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
“QİA.AZ” xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında qəbul olunan bəyanatın icra vəziyyəti, eləcə də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşması yolları müzakirə olunub.