Azərbaycan və Rusiya XİN başçıları Qarabağ bəyanatını müzakirə ediblər

Dek2,2020

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə QİA.AZ  Rusiyanın Xarici İşlər Nazirliyinə isitnadən xəbər verir.

Məlumata görə, XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli Bəyanatın reallaşdırılmasını müzakirə ediblər.

“Tərəflər bu ilin 9 noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Bəyanatının icra edilməsinin gedişatını, həmçinin gündəlikdə duran regional və beynəlxalq məsələləri müzakirə etdi”, – Rusiyanın Xarici İşlər Nazirliyinin tərəflərin telefon söhbətinin nəticəsinə görə xəbərində deyilir.

Oxşar Xəbərlər