Azərbaycan və Türkiyə fındığın beynəlxalq bazarını araşdırmaq üçün əməkdaşlıq edəcək və texniki heyətlərlə iş aparacaq.
“QİA.AZ” xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.
Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi və Kənd Təsərüffatı Nazirliyi, Türkiyə tərəfdən isə Kənd Təsərüffatı və Meşəçilik Nazirliyi, Torpaq Məhsulları Ofisi (TMO) həyata keçirəcək.