Azərbaycan və Türkiyə hesablama sahəsində həmkar qiymətləndirməsi aparacaq

Yan5,2021

Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Gülmməmədov və Türkiyənin Hesablama Məhkəməsinin sədri Seyit Ahmet Baş bu gün videokonfrans keçirərək həmkar qiymətləndirməyə dair Saziş imzalayıblar.

“QİA.AZ” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, sənəd iki ölkə arasında əməkdaşlıq haqqında imzalanmış 28.04.2005-ci il tarixli ikitərəfli sazişə əsaslanır. Türkiyə Hesablama Məhkəməsi Saziş çərçivəsində Hesablama Palatasında audit fəaliyyətinin beynəlxalq audit standartlara uyğunluğunun ekspert qiymətləndirilməsini həyata keçirəcək.

Qiymətləndirmənin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik auditləri daxil olmaqla ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və boşluqların müəyyən edilməsi ilə beynəlxalq standartlara tam uyğunluğun təmin edilməsi ilə bağlı tövsiyələrin verilməsidir. Həmkar qiymətləndirmə tədbiri cari ilin yanvar-fevral aylarında həyata keçirilməklə maliyyə, uyğunluq və səmərəlilik auditlərinin qiymətləndirilməsi üzrə yekun hesabatla nəticələnəcək.

Oxşar Xəbərlər