Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.
Bu barədə “QİA.AZ”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.