Azərbaycanın Təhsil Nazirliyində Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirilib.
“QİA.az” xəbər verir ki, bu barədə Azərbaycanın Təhsil naziri Emin Əmrullayev tvitter səhifəsində yazıb.
“Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edildi”, – nazir qeyd edib.