Türkiyə və Azərbaycanın Gürcüstandakı səfirliklərinin birgə təşkilatçılığı ilə Tbilisidə sərginin keçirilməsi planlaşdırılır.
Bunu “QİA.az”a açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.
Onun sözlərinə görə, sərgi hər iki ölkənin mədəni irsinə həsr olunacaq: “Hazırda tədbirin təşkili ilə bağlı müzakirələr aparılır. Sərgini pandemiyadan sonra təşkil edəcəyimizə, Türkiyə və Azərbaycanın Gürcüstanda mədəni diplomatiyasının yeni vüsət alacağına inanıram”.
Səfir qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanı bir araya gətirərək Qafqaz sərgisi də keçirmək mümkündür.