Azərbaycan XİN Əfqanıstanda universitetə hücumu pisləyib

Noy3,2020
Azərbaycan XİN Əfqanıstanda universitetə hücumu pisləyib

“Kabil Universitetindəki ölümcül hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, həmçinin Əfqanıstan xalqı və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını diləyirik”.

“QİA.AZ” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində qeyd olunub.

“Azərbaycanın dəstəyi və həmrəyliyi dost Əfqanıstan ilədir”, – tvitdə bildirilib.

Oxşar Xəbərlər