Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib

Okt29,2020
Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib

Bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüş sabaha (oktyabrın 30-na) təxirə salınıb.

Bu barədə “QİA.AZ”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən yeni görüş vaxtının təsdiqləməsini gözləyir.

Oxşar Xəbərlər