Azərbaycan XİN İraqa başsağlığı verib

İyl13,2021

Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Ən-Nəsiriyyə şəhərindəki xəstəxanada baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

QİA.AZ”ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in “Twitter”dəki rəsmi səhifəsindəki paylaşımda qeyd olunub.

“İraqın Nəsiriyyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, İraqın Di-Kar əyalətinin Ən-Nəsiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb. İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi məqsədilə matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Oxşar Xəbərlər