Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı diplomatları peşə bayramı münasibətilə təbrik edib.
QİA.AZ xəbər verir ki, bu barədə qurumun “Twitter” hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımızı Diplomatiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə möhkəm can sağlığı, əmin-amanlıq və davamlı peşəkar uğurlar diləyirik”.