Bu ilin yanvar-iyul aylarında Azərbaycan 31,8 milyon ABŞ dolları dəyərində 42 min ton xurma ixrac edib.
QİA.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 dəfə çox və 2,3 dəfə çoxdur.
Hesabat dövründə xurma ixracı Azərbaycanın ümumi ixracının 0,28 %-ni təşkil edib.