Beynəlxalq Yəhudi Mətbuat Sammitinin birinci mərhələsi İsrailin Yerusəlim şəhərində baş tutub.
QİA.az xəbər verir ki, hələlik sammit onlayn rejimdə keçirilir və gələn il dünyanın aparıcı media nəhənglərinin və jurnalistlərinin iştirakı ilə Yerusəlimdə keçiriləcək.
Azərbaycanda fəailiyyət göstərən, Azərbaycan Yəhudi Media Mərkəzi bu sammitə qatılmışdır. Mərkəzi sammitdə İsrail üzrə nümayəndəsinin rəhbəri İqor Roytapel təmsil etmişdir.
Sammitdə eyni zamanda müzakirələrdə aşağıdakı nazirlər çıxış etdilər: Xarici İşlər naziri Gideon Saar, Yerusəlim məsələləri üzrə nazir Meir Poruş, Dünya üzrə diaspor naziri Amichai Şikli.