Azərbaycan milli komandası bu gün Rusiyanın Kazan şəhərində başa çatan Birinci MDB Oyunlarında 60 medal qazanıb.
QİA.AZ-ın məlumatına görə, Azərbaycanlı idmançılar 15 qızıl, 16 gümüş və 29 bürünc medal qazanaraq yarışları dördüncü yerdə başa vurublar.
Birinci MDB Oyunlarında birinci yeri 215 medalla (114 qızıl, 42 gümüş və 59 bürünc) Rusiya yığması, ikinci yeri Özbəkistan komandası (23-32-36), üçüncü yeri isə Qazaxıstan idmançıları (18-35-53) tutublar.
Qeyd edək ki, yarışlarda 1 139 idmançı iştirak edib. Birinci MDB Oyunlarının proqramına 16 idman növü daxil edilib.