Azərbaycan yığması seçmə mərhələdə son oyununa çıxacaq

Noy12,2020
Azərbaycan yığması seçmə mərhələdə son oyununa çıxacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirəcək.

“QİA.AZ”ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gələcək.

İsveçli Kasper Syiberqin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Azərbaycan yığması 9 oyuna 6 xal toplaya bilib və hazırda 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri isə 8 oyuna maksimum nəticə ilə liderdir.

2-ci qrupun digər matçında Gürcüstan Slovakiya ilə, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
22:00. İsveçrə – Azərbaycan
Baş hakim: 
Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”

Oxşar Xəbərlər