Azərbaycan YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilib

YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.

QİA.AZ” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb.

Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.

YUNESKO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan xüsusilə inkişaf etməkdə olan ölkələrdə YUNESKO-nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək.

Oxşar Xəbərlər