Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 3 390,5 milyon ABŞ dolları təşkil edib.
“QİA.AZ” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.
9 aylıq investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 85,3 % olub ki, bu da 1 il əvvələ nisbətən 0,9 faiz bəndi çoxdur.