Azərbaycana payız gəldi

Bu gün Bakı vaxtı ilə saat 23:21-də Azərbaycana payız fəsli daxil olub.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından QİA.AZ-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 21-ə qədər davam edəcək. Dekabrın 21-i saat 19:59-da qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək (Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur).

Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Oxşar Xəbərlər