Azərbaycanda əhalinin orta illik gəlirlərinin artımı proqnozlaşdırılır

Noy5,2021

2022-2025-ci illər ərzində əhalinin gəlirlərinin orta illik real artım tempi 4 faiz ətrafında proqnozlaşdırılır.

Bununla bağlı məsələ “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, buna orta müddətli dövrdə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş yerlərdə iqtisadi həyatın bərpası, özəl sektorda yeni iş yerlərinin yaradılması, əmək bazarının kölgədən çıxarılması siyasətinin davam etdirilməsi nəticəsində nail olunacağı bildirilir.

Qanun layihəsi Milli Məclisə daxil olub və komitə iclaslarında müzakirəyə çıxarılacaq.

Oxşar Xəbərlər