Dövr, maraqlar, cəmiyyət dəyişsə də, dəyişməyən, zamanla qəlib formasına düşən cümlələr var. Bunlardan “iş tapa bilmirəm”, “yüksək maaşlı iş tapa bilmirəm” kəlmələrini daha tez-tez eşidirik.
Bəs görəsən, həqiqətənmi Azərbaycanda yüksək maaşlı iş tapmaq çətindir?
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, ölkədə eyni sahə üzrə müxtəlif maaşlı işlər təklif olunur.
Elan saytlarında ən yüksək maaş maliyyə sahəsində təklif olunur:
Maliyyə direktoru – 6 000 manat;
Baş mühasib – 4 500 manat;
Vergi direktoru – 4 500 – 6 000 manat.Ən çox maraq olan satış sahəsində isə vəziyyət belədir:
Mağazanın bölgə müdiri – 2 500 – 3 000 manat;
Satış meneceri – 4 000 manat.
Əksəriyyətin gəlirlərin yüksək olduğunu düşündüyü təmir-tikinti sahəsində isə vəziyyət belədir:Bu sahə üzrə santexnika ustalarına 800 manat, elektriklərə isə 500 – 1 500 manat arası əməkhaqqı təklif edilir.Səhiyyə sahəsində isə vəziyyət tam fərqlidir. Eyni vəzifə üzrə müxtəlif qurumlar tərəfindən fərqli maaşlar təklif olunur. Belə ki, bir müəssisə həkimə 2 400 manat, digəri isə 600 manat maaş təklif edir. Digər ixtisaslardan:
Optika üzrə tibbi nümayəndəyə – 1 500 – 2 000 manat;
Əczaçıya – 700 – 800 manat;
Tibb bacısına – 500 manat əməkhaqqı təklif edilir.
Nigar Cəfər