Azərbaycanda ən populyar sosial şəbəkələr hansılardır?

Sen14,2021

2021-ci ilin avqustunda Azərbaycanın sosial şəbəkə bazarında “Facebook” 72,31 faiz payla birinci yerdə qərarlaşıb.

QİA.AZ bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə 8,51 faiz göstərici ilə “YouTube”, üçüncü yerdə 8,24 faiz göstərici ilə “Pinterest” qərarlaşıb.

“Instagram” istifadəçilərinin fəallığı ötən ay 4,26 faizə bərabər olub.

“Tumblr”ın payı 2,99 faiz, “Twitter” 1,92 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,95 faiz, digər sosial şəbəkələrin payı 1 faiz təşkil edib.

Oxşar Xəbərlər