Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

Sen23,2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 477 587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444 053 nəfər müalicə olunaraq sağalıb, 6 394 nəfər vəfat edib, aktiv xəstə sayı 27 140 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 331, ötən müddət ərzində isə ümumilikdə 4 790 724 test aparılıb.

Oxşar Xəbərlər