Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.AZ”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 59 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 45 697nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13 032 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 474, ötən müddət ərzində isə ümumilikdə 1 391 253 test aparılıb.