Azərbaycanda 1 310 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

Noy8,2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 310 yeni yoluxma faktı qeydə alınıb, 1 445 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 548 591 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 509 201 nəfər müalicə olunaraq sağalıb, 7 293 nəfər vəfat edib, aktiv xəstə sayı 32 097 nəfərdir.

Ölkədə son sutka ərzində 8 034, hazırkı dövrədək isə 5 292 250 test aparılıb.

Oxşar Xəbərlər