Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 500 yeni yoluxma faktı qeydə alınıb, 2 243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 544 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 767 nəfər müalicə olunaraq sağalıb, 7 241 nəfər vəfat edib, aktiv xəstə sayı 31 642 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 017, ötən müddət ərzində isə ümumilikdə 5 271 849 test aparılıb.