Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 112 yeni yoluxma faktı qeydə alınıb, 2 923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 44 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 178 986 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib, aktiv xəstə sayı 62 179 nəfərdir.Ölkədə son sutka ərzində 10 045, hazırkı dövrədək isə 1 963 348 test aparılıb.