Azərbaycanda 407 nəfər COVID-19-dan sağalıb, 131 nəfər yoluxub, 7 nəfər vəfat edib Azərbaycanda 407 nəfər COVID-19-dan sağalıb, 131 nəfər yoluxub, 7 nəfər vəfat edib

Yan 30, 2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 230066 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3980 nəfərdir.

Ölkədə son sutka ərzində 7 244, hazırkı dövrədək isə 2 401 720 test aparılıb.

Oxşar Xəbərlər