Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 618 365 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib, aktiv xəstə sayı 7 648 nəfərdir.
Ölkədə son sutka ərzində 6 555, hazırkı dövrədək isə 5 889 656 test aparılıb.