Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 501 yeni yoluxma faktı qeydə alınıb, 1 092 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 614 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 593 920 nəfər müalicə olunaraq sağalıb, 8 284 nəfər vəfat edib, aktiv xəstə sayı 11 915 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 887, ötən müddət ərzində isə ümumilikdə 5 808 380 test aparılıb.