Bu gün yerli vaxtla 08:16-da Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən QİA.az-a verilən məlumata görə, baş verən zəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən açıqlamada bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə nazirliyə məlumat daxil olmayıb.