Azərbaycanda benzinin istehsalı artıb

Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 268,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 20,4 faiz azalıb.

Dövlət Statistika Komitəsindən QİA.AZ-a verilən məlumata görə, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 69,3 faiz artıb, dizel yanacağının istehsalı 6,8 faiz, avtomobil benzininin istehsalı 29,3 faiz, ağ neftin istehsalı 45,8 faiz, sürtkü yağlarının istehsalı 39,0 faiz, neft bitumunun istehsalı 61,2 faiz, yanacaq mazutunun istehsalı 85 faiz azalıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 117,3 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 10,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 97,0 faiz, kimya sənayesində isə 14,3 faiz artıb.Əsas kimya məhsullarından polietilen istehsalı 45,5 faiz, etilen istehsalı 39,8 faiz, propilen istehsalı 25,9 faiz artmışdır. Rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 7,6 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 86,5 faiz artıb.

Oxşar Xəbərlər