Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Sen14,2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69 221 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 198 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 680 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 530 138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 150 289 təşkil edir.

Oxşar Xəbərlər