Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Okt30,2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 799 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 962 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 617 755, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 227 329 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 390 426 təşkil edir.

Oxşar Xəbərlər