Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12nəfər vəfat edib.
Şənbə günü hava necə olacaq? – 15 may
İndiyədək ölkədə ümumilikdə 3 328 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 494, ötən müddət ərzində isə ümumilikdə 3 368 394 test aparılıb.