Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Apr24,2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 090 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 477 575 təşkil edir.

Oxşar Xəbərlər