Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

İyl7,2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 169 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 958 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 910 624, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 396 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 514 617 təşkil edir.

Oxşar Xəbərlər