Azərbaycanda Covid-19-a son sutkada yoluxma sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319991 nəfər müalicə olunaraq sağalıb, 4851 nəfər vəfat edib, aktiv xəstə sayı 7393 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10841, ötən müddət ərzində isə ümumilikdə 3446033 test aparılıb.

Oxşar Xəbərlər