Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan “”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 338 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 242 nəfər aktiv xəstə sayını təşkil edib.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 022, bu günə qədər isə ümumilikdə 3 920 841 test icra olunub.