Azərbaycanda daha 2 631 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 631 yeni yoluxma faktı qeydə alınıb, 1 989 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.AZ”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28nəfər vəfat edib.

Ölkədə ümumilikdə 547 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 507 756 nəfər müalicə olunaraq sağalıb, 7 269 nəfər vəfat edib, aktiv xəstə sayı 32 256 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 367, ötən müddət ərzində isə ümumilikdə 5 284 216 test aparılıb.

Oxşar Xəbərlər