Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi

Noy24,2020

Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib.

“QİA.AZ”ın məlumatına görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi, 1950-ci il təvəllüdlü Əlihüseyn İbrahimov COVID-19-dan dünyasını dəyişib.

O, müalicə olunduğu paytaxt xəstəxanalarından birində vəfat edib.

Qeyd edək ki, Ə.İbrahimov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq işləyirdi.

Oxşar Xəbərlər