Azərbaycanda dövlət əmlakının icarəsi gələn il 11 mln manat gəlir gətirəcək

Dek21,2020

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi hesabına dövlət büdcəsinə 11 milyon manat vəsait köçürəcəyi gözlənilir.

“QİA.AZ” xəbər verir ki, bu barədə gələn ilin dövlət büdcəsi layihəsində bildirilir.

Sənədə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 3 milyon manat və yaxud 37,5% çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 0,4 milyon manat və yaxud 3,5% azdır.

Oxşar Xəbərlər