Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı kəskin azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 17 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

QİA.Az xəbər verir ki, bu barədə “Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 79 yeni subdomen də verilib ki, bu da bir il əvvələ nisbətən 49% çoxdur.

2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

Oxşar Xəbərlər