Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 1% artıb

İyl7,2021

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 038,236 milyon manat təşkil edib.

QİA.AZ DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 15,1% artaraq 557,546 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4,7% azalaraq 1 382,115 milyon manat, aksizlər üzrə daxilolmalar 16,7% artaraq 77,827 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 10,9% artaraq 20,746 milyon manat olub.

Oxşar Xəbərlər