Azərbaycanda günəş enerjisi istehsalı 9 % artıb

Noy17,2020

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 590,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“QİA.AZ” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.

Son 1 ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların dəyəri 3,% azalaraq 267,5 mln manat olub.

10 ay ərzində ölkədə 20 848,5 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 4,% çoxdur.

Bunun 922,4 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 33,% azdır.

Bunun 1131,9 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin on ayının göstəriciləri ilə müqayisədə 8,% çoxdur.

Hesabat dövründə Azərbaycanda 80,7 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin 10 ayının göstəriciləri ilə müqayisədə 12,7 % azdır.

Yanvar-oktyabr aylarında ölkədə 41,2 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə % çoxdur.

Oxşar Xəbərlər