“Hərbi qulluqçuların statusu haqqında” qanun qəbul olunacaq. Ancaq bu məsələ zaman tələb edir”.
“QİA.AZ“ın xəbərinə görə, bu fikirləri parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
O eyni zamanda bildirib ki, 2022-ci ilin dövlət büdcəsi riskləri olmayan bir büdcədir: “Hesab edirəm ki, son illər büdcə sabitləşib və tarazlı hala gəlib”.