Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığortalar üzrə ümumilikdə 163 milyon 465,4 min manat sığorta haqqı toplanıb.
“QİA.AZ” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Hesabat dövründə icbari sığortalar üzrə ödənişlərin məbləği isə 72 milyon 994,9 min manat təşkil edib. Bu isə illik müqayisədə 86,6 % çoxdur.
Yanvar-iyul aylarında icbari sığortalar üzrə toplanmış hər 100 manat sığorta haqqının 44,65 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,6 manat olub.