Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 % azalaraq 281,2milyon manat olub.
Bu barədə QİA.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,2 %-i hüquqi şəxslərin, 50,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 11,1 % azalaraq 136,6 milyon manat olub.