Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçirilib

Azərbaycanda fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə Bakıda “Dinlərarası harmoniya” festivalı keçirilib.

Bu haqda QİA.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ, Avropa, Gürcü yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti (protestant yönümlü icmalar), Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian dini icması, Krişna Şüuru, gürcü pravoslav, Molokan ruhani xristian və digər dini qurumların fəaliyyətini əks etdirən stendlər, sənədli film və videoçarxlar nümayiş etdirilib.

Oxşar Xəbərlər