Azərbaycanda informasiya və rabitə sektorunda xidmətlərin dəyəri 6 % artıb

Avq19,2021

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 5,9 % artaraq 1 milyard 304,3 milyon manata çatıb.

QİA.AZ” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun da, 74,7 %-i əhali tərəfindən istehlak olunub.

Məlumata görə, bu sahədə əldə edilmiş gəlirin 80,9 %-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,3 %-i və ya 552,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Oxşar Xəbərlər