“Azərbaycanla İraq arasında əməkdaşlıqda ticarət əlaqələri mühüm əhəmiyyət kəsb edir”.
“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan və İraq arasında Birgə Komissiyanın Bakıda keçirilən II iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
“2020-ci ildə ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 19% az olsa da, bu ilin I yarısında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 36% artıb. Azərbaycandan İraqa əsasən heyvan mənşəli yağlar, meyvə-tərəvəz emalı məhsulları, arpa və sürtkü yağları ixrac edilib. İraqdan Azərbaycana isə nəqliyyat vasitələri üçün ləvazimatlar idxal olunub”, – o qeyd edib.
S.Həsənovanın sözlərinə görə, Azərbaycanda İraq kapitallı 180-dən çox şirkət dövlət qeydiyyatına alınıb: “Bu müəssisələr ticarət, tikinti, xidmət və sənaye sahələrini əhatə edir. Hesab edirik ki, ölkələr arasında ticarət əlaqələrinin artırılması üçün geniş imkanlar mövcuddur”.